"Qarabağ" yenidən məşqlərə başlayıb. Korner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "Kəpəz"lə oyundan sonra komandanın çalışdırıcısı Qurban Qurbanov futbolçulara 3 günlük istirahət vermişdi.
Bugün səhər bazaya yığışan komanda ilk çalışmanı elə bazada reallaşdırıb. Amma "Qarabağ" hazırlıqlarını heç də tam heyətlə yerinə yetirə bilmir. Belə ki, əsas milliyə 6, U-21-ə 3 futbolçu göndərən komandada eyni zamanda Ansi Aqolli Albaniya millisinə yollanıb. Əfran İsmayılov isə zədə səbəbindən kollektiv çalışmalardan kənarda qalıb.
"Qarabağ"ın 2-ci məşqi Suraxanı qəsəbə stadionunda baş tutacaq.
Qeyd edək ki, "Qarabağ" Premyer Liqanın IX turu çərçivəsində oktyabrın 20-də "Bakı" ilə