Hazırda davam edən "Qəbələ" – "Qarabağ" matçında qonaqların azarkeşləri oyunun baş hakimi Rəhim Həsənova etiraz şüarları səsləndirib.
Korner.az-ın məlumatına görə, oyunun 30-cu dəqiqələrində "Qarabağ"ın hücumu zamanı meydan sahibləri topu ələ keçirib.
"Qarabağ"ın futbolçusu Bədavi Hüseynovun rəqibinə müdaxiləsini hakim qayda pozuntusu kimi qeyd edib. Buna etiraz edən azarkeşlər "Azərbaycan hakimi, futbolun qatili" şüarını səsləndiriblər.
