Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab matçında “Qarabağ” avqustun 2-si saat 20:30-da Respublika stadionunda son Çexiya çempionu “Viktoriya Plzen”i qəbul edəcək.
Korner.az-ın məlumatına görə, bu qarşılaşmanın biletləri artıq bu gündən etibarən Respublika stadionunun kassalarında satışa çıxarılıb.
Havaların isti olmasını nəzərə alaraq, kassalarımız iş vaxtını artıraraq, bu gün də daxil olmaqla hər gün axşam saat 20:30-a qədər fəaliyyət göstərəcək.
