“Qarabağ”ın legionerlərindən biri gələcək karyerası ilə bağlı qərarını verib.
Korner.az-ın məlumatına görə, Leroy Corc Ağdam klubunda qalmaq qərarına gəlib.
Holland forvard başqa klublardan təklif alsa da, imtina etmək niyyətindədi. O, çempion olacağı şübhə doğurmayan komanda ilə Çempionlar Liqasında oynamaq istəyir.
Qeyd edək ki, Leroy “Qarabağ”a yayda Hollandiyanın “Neymengem” klubundan keçib. O, Premyer Liqa, Azərbaycan Kuboku və Avropa Liqasında 39 oyuna çıxaraq 11 qola imza atıb.
