Avropa Liqasının qrup mərhələsinin IV turu çərçivəsində keçirilən 24 oyunda azarkeş sayı məlum olub.
Korner.az-ın məlumatına görə, "Qarabağ" – "Dnepr" oyununu 31.000 azarkeş izlədiyindən, "Qarabağ" azarkeşləri növbəti dəfə TOP 5-də yer alıb.
TOP 5-i təqdim edirik:
1. "Sent-Etyen" (Fransa) – "İnter" (İtaliya) / 36.411
2. "Sevilya" (İspaniya) – "Standard" Lyej (Belçika) / 35.000
3. "Everton" (İngiltərə) – "Lill" (Fransa) / 32.000
4. "QARABAĞ" (AZƏRBAYCAN) – "Dnepr" (Ukrayna) / 31.000
5. "Feyenoord" (Hollandiya) – "Riyeka" (Xorvatiya) / 30.000
