“Qarabağ” azarkeşlərə səsləndi
04.10.2018 , 11:09

“Qarabağ” Avropa Liqasının qrup mərhələsi çərçivəsində İngiltərənin “Arsenal” klubuna qarşı keçirəcəyi ev oyunu öncəsi azarkeşlərə müraciət edib.
Müraciətdə Bakı Olimpiya Stadionunun qapıları oyunun başlamasından 3 saat öncə – saat 17:55-də açılacağı qeyd edilib. Azarkeşlərdən tribunada yerlərini asanlıqla tapması və oyunun başlamasına yaxın yaranacaq anşlaqın qarşısını almaq üçün stadiona 3 saat öncədən gəlmələri xahiş olunub.
“Qarabağ” – “Arsenal” oyunu bu gün saat 20:55-də başlayacaq.
