“Qarabağ” AZAL-la oyunun hazırlıqlarına başlayır.
Korner.az-ın məlumatına görə, Qurban Qurbanovun yetirmələri günü tək məşqlə keçirəcək.
“Qarabağ”ın məşqi Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda keçiriləcək və saat 17.00-da başlayacaq. Bütün futbolçuların hazırlıq prosesinə qatılması gözlənilir.
Qeyd edək ki, Qurban Qurbanov “Qəbələ” ilə oyundan sonra komandaya istirahət vermişdi.
