Azərbaycan Premyer Liqasının IV turunda “Qarabağ” AZAL-ı qəbul edəcək.
Korner.az-ın məlumatına görə, qarşılaşma Masazır qəsəbəsində yerləşən “Əlincə Arena”da keçiriləcək və sentyabrın 9-u saat 18:30-da start götürəcək.
Qeyd edək ki, hazırda stadionumuz “Azərsun Arena”nın ot örtüyündə yeniləmə işləri aparıldığı üçün komandamız rəqibini “Əlincə Arena”da qəbul edəcək.
9 sentyabr
18:30. “Qarabağ” – AZAL
Masazır qəsəbəsi, “Əlincə Arena”
