Bu gün Azərbaycan Premyer Liqasının XIII turun oyunlarına start veriləcək.
Korner.az-ın məlumatına görə, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.
Günün ilk oyununda premyer liqanın lideri "Qarabağ" öz meydanında AZAL-ı qəbul edəcək. Günün ikinci və son qarşılaşmasında isə "Qəbələ" "Simurq"u qəbul edəcək.
Qeyd edək ki, Premyer Liqanın qalan iki görüşü sabah keçiriləcək.
23 noyabr
Premyer Liqa, 13-cü tur
“Qarabağ” – AZAL 2:1
Qollar: İlqar Qurbanov, 19, Elton Yaqublu, 56 (avtoqol) / Rəşad Abdullayev , 61(pen.)
Qırmızı vərəqə: Ruslan Məcidov, 21 (AZAL)
Hakimlər: İnqilab Məmmədov, Yaşar Abbasov, Zeynal Zeynalov, Fariz Yusifov
Tofiq Bəhramov adına Respublika stadionu.
“Qəbələ” – “Simurq” 2:3
Qollar: Marko Stanoyeviç 7; Çeran 80, 83 / Ekiqo 39; Bəxtiyar Sultanov 90+2
Hakimlər: Vüsal Əliyev, Elman Musayev, Rza Məmmədov, Mahir Məmmədov
Qəbələ şəhər stadionu.