“Qarabağ” Azərbaycanın xalını artırdı
25.07.2019 , 10:19

Ötəngünkü oyunlardan sonra UEFA-nın yeni reytinq cədvəli açıqlanıb.
Korner.az-ın məlumatına görə, İrlandiyada “Dandolk”la heç-heçə edən “Qarabağ” ölkəmizə 0,125 xal qazandırıb. Bununla da Azərbaycan son 5 mövsümdəki xallarını 16,375-ə çatdırıb. Ancaq ölkəmizin reytinqi dəyişməyib, əvvəlki kimi 26-cı pillədə qalıb.
Azərbaycandan 1 pillə irəlidə olan Qazaxıstanın 17,500 xalı var.
