“Qarabağ” Azərbaycanın xal ehtiyatını artırdı
07.10.2022 , 10:06
“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsinin III turunda “Olimpiakos”u məğlub etməsi (3:0) Azərbaycanın UEFA reytinqində xal ehtiyatını artırıb.
Korner.az xəbər verir ki, “atlılar”ın qələbəsi ölkənin aktivinə daha 0,500 xal yazdırıb. Azərbaycan bununla da, reytinqdə 15625-ə çatıb və 29-cu pillədəki mövqeyini qoruyub.
“Qarabağ” Yunanıstan klubunu səfərdə Kvabena Ovusu, Marko Veşoviç və Ramil Şeydayevin qolları ilə məğlub edib.
