“Qarabağ” Azərbaycanın xal ehtiyatını artırdı
14.10.2022 , 10:20

Ötən gün “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsinin IV turunda “Olimpiakos”la heç-heçə etməsi (0:0) Azərbaycanın UEFA reytinqində xal ehtiyatını artırıb.
Korner.az xəbər verir ki, Qurban Qurbanovun başçılıq etdiyi kollektivin qolsuz heç-heçə etməsi ölkənin aktivinə daha 0,250 xal yazdırıb. Azərbaycan bununla da, reytinqdə 15,875-ə çatıb və 29-cu pillədəki mövqeyini qoruyub.
