“Qarabağ” “Ayntraxt”a qalib gəldi
21.01.2026 , 23:42
“Qarabağ” bu gün UEFA Çempionlar Liqasında növbəti sınağına çıxıb.
Korner.az xəbər verir ki, Ağdam təmsilçisi yeddinci tur çərçivəsində Almaniyanın “Ayntraxt” klubunu qəbul edib.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşdə “Qarabağ” rəqibini 3:2 hesabı ilə məğlub edib.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, VII tur
21 yanvar
21:45. “Qarabağ” – “Ayntraxt” – 3:2
Qollar: Kamilo Duran, 4 (1:0), Can Uzun, 11 (1:1), Şaybi, 78-pen. (1:2), Kamilo Duran, 80 (2:2), Bəhlul Mustafazadə, 90+4 (3:2)
Baş hakim: Sandro Şerer (İsveçrə)