Avropa Liqasının pley of mərhələsi çərçivəsində oynanılacaq “Qarabağ” – “Ayntraxt” oyununun biletləri sürətlə azalmaqdadı.
Bu barədə Korner.az-a məlumat verən “Qarabağ”ın mətbuat katibi Nurlan İbrahimov bildirib ki, artıq 20 min bilet satılıb.
İbrahimov deyib ki, ötən həftənin şənbə günü satışa çıxarılan biletlərin 3 gün ərzində bu qədər satılması Azərbaycan futbolu tarixində bir ilkdi: “Sabahadək kassalardakı bütün biletlərin satılacağı proqnozlaşdırılır”.
Qeyd edək ki, qalan 10 mindən bir qədər artıq biletin böyük hissəsinin dəllallar tərəfindən əvvəlcədən alınaraq və “qara bazar”da satıldığı güman edilir.
