“Qarabağ” – “Ayntraxt” matçının hakimləri açıqlandı
19.01.2026 , 13:50
Çempionlar Liqasının “Qarabağ” – “Ayntraxt” görüşünü idarə edəcək hakimlərin adları açıqlanıb.
Korner.az xəbər verir ki, görüşün baş hakim Sandro Scharer olacaq.
Ona Stephane De Almeida və Jonas Erni köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Johannes von Mandach yerinə yetirəcək.
VAR-da Fedayi San, AVAR-da Lukas Fahndrich əyləşəcəklər.
Xatırladaq ki, “Qarabağ” – “Ayntraxt” qarşılaşması yanvarın 21-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.