“Qarabağ” “Ayaks”a məğlub oldu
24.10.2024 , 22:40

Bu gün Azərbaycan çempionu “Qarabağ” Avropa Liqasının Liqa mərhələsində 3-cü tur oyununa çıxıb.
Korner.az xəbər verir ki, Ağdam təmsilçisi Niderlandın “Ayaks” klubu ilə qarşılaşıb.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüş “Ayaks”ın 3:0 hesablı qələbəsi ilə bitib.
Avropa Liqası, Liqa mərhələsi, 3-cü tur
20:45. “Qarabağ” (Azərbaycan) – “Ayaks” (Niderland) – 0:3
Qol: Kennet Teylor, 36, Vut Veqhorst, 74 – pen., Çuba Ekpom, 77
Hakimlər: Nikolas Uolş, Qraeme Stevart, Kalum Spence, Kristofer Qraham (Şotlandiya)
Tofiq Bəhramov adına Respublika Stadionu.
