“Qarabağ” “Ayaks”a məğlub oldu
10.12.2025 , 23:45
“Qarabağ” bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində növbəti matçına çıxıb.
Korner.az xəbər verir ki, Azərbaycan çempionu turnirin 6-cı turunda Bakıda “Ayaks”la qarşılaşıb.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan görüşdə təmsilçimiz 2:4 hesabı ilə məğlub olub.
UEFA Çempionlar Liqası, Liqa mərhələsi
6-cı tur
21:45. “Qarabağ” (Azərbaycan) – “Ayaks” (Niderland) – 2:4
Qollar: Kamilo Duran, 10. Mateus Silva, 47 – Kasper Dolberq, 39. Oskar Qlux, 79; 90. Anton Qaey, 83.