“Qarabağ” Avstriyaya yolda düşdü – FOTOLAR
20.06.2022 , 11:22

İyunun 9-dan yeni mövsümün hazırlığına başlayan “Qarabağ” Bakıdakı təlim-məşq toplanışını yekunlaşdırıb.
Korner.az xəbər verir ki, Ağdam təmsilçisi bu gecə hazırlığın ikinci mərhələsi üçün Avstriyaya yollanıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Avstriya toplanışı üçün 3 yoxlama oyunu nəzərdə tutulub. Rəqiblər isə hələ müəyyənləşməyib.
