Ölkəmizi yenidən Çempionlar Liqasında təmsil edəcək “Qarabağ” təlim-məşq toplanışının birinci mərhələsini başa vurub.
Korner.az-ın məlumatına görə, Ağdam təmsilçisi hazırlığın ikinci mərhələsi üçün bu gün ölkə xaricinə yola düşüb.
Qurban Qurbanovun komandası bu gündən məşqlərini Avstriyada keçəcək. Bakı-İstanbul-Zalsburq reysi ilə yola düşən “Qarabağ”ın Avstriyada 3 yoxlama görüşü keçirməyi gözlənilir.
İlk olaraq iyunun 20-də “Axmat” (Rusiya) ilə üz-üzə gələcək komanda ayın 24-də Sofiya MOİK-i (Bolqarıstan), 28-də isə Moskva “Dinamo”su (Rusiya) ilə qarşılaşacaq.
