Futbol

“Qarabağ” Avstriyaya getdi

04.07.2021 , 13:14

“Qarabağ” təlim-məşq toplanışının ikinci hissəsi üçün Avstriyaya yollanıb.

Korner.az xəbər verir ki, Ağdam təmsilçisi 12 günlük toplanış zamanı 3 yoxlama görüşü keçirəcək.

“Qarabağ” iyulun 7-də Bolqarıstanın ÇSKA (Sofiya), 11-də isə Rusiya təmsilçisi “Arsenal”la (Tula) yoldaşlıq oyunu keçirəcək. Komandanın son matçı iyulun 15-i Almaniya Bundesliqa təmsilçisi “Auqsburq”la baş tutacaq.

Son yazılar

Yuxarı