Bu gün saat 13:00-da Bakı-İstanbul- Münhen reysi ilə ölkəni tərk edən “Qarabağ” yerli vaxtla saat 19:00-da Münhenə çatıb.
Korner.az-ın məlumatına görə, bu xəbər klubun rəsmi saytında yer alıb.
Daha sonra isə heyət Bavariya əyalətinin ən böyük şəhərindən avtobusla təlim-məşq toplanışı keçirəcəyi Kössen qəsəbəsinə yollanıb. Təxminən saat yarımlıq yolçuluqdan sonra komanda Alp dağlarının yamacında məskunlaşacağı otelə çatıb.
Axşam yeməyindən sonra isə futbolçular istirahətə çəkilib. Sabahdan “Qarabağ” klubu məşqlərə başlayacaq.
