Təlim-məşq toplanışının ikinci mərhələsini Avstriyada keçirəcək “Qarabağ” artıq sözügedən ölkəyə çatıb.
Korner.az-ın xəbərinə görə, bu barədə klubun rəsmi “Facebook” səhifəsi məlumat yayıb.
Komanda ötən illərdə olduğu kimi Almaniya – Avstriya sərhədində yerləşən Tirol şəhərinə yaxın Kössen qəsəbəsində məskunlaşacaq.
Qeyd edək ki, Çempionlar Liqasına hazırlaşan Ağdam klubu toplanış zamanı minimum 3 yoxlama görüşü keçirəcək.
