“Qarabağ” Avstriya klubu ilə heç-heçə etdi
27.06.2018 , 09:48

Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” bu gün ikinci yoxlama oyununa çıxıb.
“Köhlən atlar” yerli “Vakker İnsbruk”la qarşılaşıb. Oyunda hesab açılmayıb – 0:0.
“Qarabağ” Avstriyadakı ilk yoxlama görüşündə “Ludoqorets”lə (Bolqarıstan) bərabərə qalıb – 1:1.
Yoxlama oyunu
26 iyun
“Qarabağ” – “Vakker İnsbruk” (Avstriya) 0:0
“Qarabağ”: 12. Şahruddin Məhəmmədəliyev, 55. Bədavi Hüseynov, 52. Yakub Jezniçak, 5. Maksim Medvedev, 25. Ansi Aqolli, 2. Qara Qarayev, 19. Filip Ozobiç, 8. Miçel, 10. Dani Kintana, 77. Donald Gerrye, 11. Mahir Mədətov.
