Avropa Liqasının qrup mərhələsində iki turdan sonra ən intizamlı komandalar müəyyənləşib.
Korner.az-ın məlumatına görə, bu siyahıda “Qarabağ” da var.
Belə ki, qrup mərhələsində “Sent-Etyen” və “İnter”ə qarşı oyunlar keçirmiş Qurban Qurbanovun komandasının aktivində cəmi 1 sarı vərəqə var. Həmin sarı vərəqə “İnter”lə oyunun 90-cı dəqiqəsində Muarem Muaremə göstərilib. “Qarabağ” bu göstəricidə yalnız “Borussiya” (Münhenqladbah) və PAOK-dan (Yunanıstan) geri qalır.
