“Qarabağ”dan qələbə
23.01.2024 , 20:55
Bu gün Azərbaycan Premyer Liqasında XIX tura yekun vurulub.
Korner.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.
Günün ilk matçında “Qəbələ” “Sumqayıt”ı sınağa çəkib və 0:1 hesabı ilə uduzub. Turun son oyununda lider “Qarabağ” “Araz-Naxçıvan”la üz-üzə gəlib. Görüş Ağdam klubunun 3:1 hesablı qələbəsi ilə bitib.
Azərbaycan Premyer Liqası
XIX tur
23 yanvar
16:30 Qəbələ – Sumqayıt – 0:1
Baş hakim: Kamal Umudlu
Qəbələ şəhər stadionu
19:00 Qarabağ – Araz-Naxçıvan – 3:1
Baş hakim: Rauf Allahverdiyev
Tofiq Bəhramov adına Respublika stadionu