“Qarabağ” “Araz-Naxçıvan”a qalib gəldi
08.03.2025 , 20:57

Azərbaycan Premyer Liqasında 26-cı tura start verilib.
Korner.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Lider “Qarabağ” səfərdə “Araz-Naxçıvan”ın qonağı olub.
“Liv Bona Dea Arena”da keçirilən matç Ağdam təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, turun digər oyunları 9-10 mart tarixlərində keçiriləcək.
8 mart
19:00. “Araz-Naxçıvan” – “Qarabağ” 1:3
Qollar: Felipe Santos, 35 – Nəriman Axundzadə, 44, Leandro Andrade, 77, Emmanuel Adday, 90+6
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Şirmamed Mamedov, Fərid Hacıyev
VAR: Əliyar Ağayev
AVAR: Zeynal Zeynalov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Rüfət Əmirov
“Liv Bona Dea Arena”
