“Qarabağ” və “Sabah” finalda!
23.04.2025 , 21:55

Bu gün Azərbaycan kubokunda finalçılar müəyyənləşib.
Korner.az xəbər verir ki, ilk oyunda “Qarabağ” “Araz-Naxçıvan”la üz-üzə gəlib. Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan görüş Ağdam klubunun 3:0 hesablı qələbəsi ilə bitib.
Digər oyunda isə “Neftçi” “Sabah”ın qonağı olub. Matç 1:1 hesablı heç-heçə ilə bitib. İlk oyunun nəticəsinə görə “Sabah” adını finala yazdırmağı bacarıb.
Bununla da “Qarabağ” və “Sabah” finala vəsiqə qazanan komandalar olub.
23 aprel
17:00.“Qarabağ” – “Araz-Naxçıvan” – 3:0
Tofiq Bəhramov adına Respublika Stadionu
İlk oyun – 0:1
20:00. “Sabah” – “Neftçi” – 1:1
“Bank Respublika Arena”
İlk oyun – 2:1
