“Qarabağ” – APOEL oyununa nə qədər bilet satılıb?
09.08.2019 , 16:17

Çempionlar Liqasının III təsnifat mərhələsində qarşılaşacaq “Qarabağ” – “APOEL” oyununa bilet satışı davam edir.
Korner.az klubun “facebook” səhifəsinə istinadən xəbər verir ki, artıq 8 mindən çox bilet satılıb. Biletlərin qiymətləri sektorlar üzrə 2, 5, 10 və 50 AZN-dir.
“Qarabağ” Kiprdə APOEL-ə 2:1 hesabı ilə qalib gəlib. Cavab görüşü isə avqustun 13-ü saat 20:30-da Tofiq Bəhramov Respublika stadionunda keçiriləcək.
