Avropa liqası

“Qarabağ” – APOEL oyununa nə qədər bilet satılıb?

21.10.2019 , 19:49

“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin III turunda oktyabrın 24-ü Kiprin APOEL klubunu qəbul edəcək.

Korner.az-ın məlumatına görə, satışa çıxarılan biletlərin 15 mini satılıb.

Biletlərin qiymətləri sektorlar üzrə 2, 5, 10, 15, 50 və 75 AZN-dir.

Biletlərin satış məntəqələri:

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları
Gənclik və 28 Mall (iticket satış məntəqəsi)
Park Bulvar AVM (iticket satış məntəqəsi)
ASAN 2, 3 (Yasamal, Amay t/m)
İticket.az (onlayn)

Son yazılar

Yuxarı