“Qarabağ” – APOEL oyununa bilet tükənir
12.08.2019 , 22:13

“Qarabağ” Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Kiprin APOEL klubunu qəbul edəcək.
Korner.az klubun “facebook” səhifəsinə istinadən xəbər verir ki, qarşılaşmaya 24 mindən çox bilet satılıb.
Biletlərin satış məntəqələri:
Tofiq Bəhramov adına Respublika stadionunun kassaları
Gənclik və 28 Mall (iticket satış məntəqəsi)
Park Bulvar AVM (iticket satış məntəqəsi)
ASAN 2, 3 (Yasamal, Amay t/m)
İticket.az (onlayn)
Cütün cavab görüşü avqustun 13-ü, Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.
