“Qarabağ” – APOEL: mətbuat konfransları və son məşqlər
11.08.2019 , 16:27

Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab matçları çərçivəsində baş tutacaq “Qarabağ” – APOEL qarşılaşmasından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı açıqlanıb.
Korner.az klubun “facebook” səhifəsinə istinadən yaydığı xəbərə görə, avqustun 12-də “Azersun Arena”nın mətbuat zalında Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov saat 18:00-da media mənsublarının önünə çıxacaq. Komandanın son məşqi isə saat 18:15-də Suraxanı qəsəbəsində yerləşən klubun bazasında baş tutacaq. Məşqin ilk 15 dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.
APOEL-in baş məşqçisi isə 19:00-da Tofiq Bəhramov adına Respublika stadionunun mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq. Kipr təmsilçisinin son məşqi isə saat 18:30-da qarşılaşmanın keçiriləcəyi stadionda baş tutacaq.
