“Qarabağ” – APOEL bu formalarla meydana çıxacaq
13.08.2019 , 14:22

Qarabağ” və APOEL-in bu gün Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində keçiriləcək cavab görüşündə geyinəcəyi formalar açıqlanıb.
Korner.az xəbər verir ki, Kipr təmsilçisinin futbolçuları sarı-göy, qapıçı isə narıncı rəngdə forma geyinəcək.
Ağdam klubunun oyunçuları qara, qapıçısı isə yaşıl rəngdə forma ilə çıxış edəcək.
Tofiq Bəhramov adına Respublika stadionunda “Qarabağ” – APOEL görüşü saat 20:30-da start götürəcək.
