“Qarabağ” – APOEL: Biletlər tükənir
23.10.2019 , 10:35

“Qarabağ” Avropa Liqasının qrup mərhələsini 3-cü turunda APOEL-lə qarşılaşacaq.
Korner.az xəbər verir ki, sabah, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmaya satışa çıxarılan 30 min biletdən 3 mini qalıb. Bu barədə klubun rəsmi “facebook” səhifəsi məlumat yayıb.
Sabah keçiriləcək “Qarabağ” – APOEL matçı saat 20:55-də start götürəcək.
