“Qarabağ” Kiprdə APOEL-ə qalib gəldi
06.08.2019 , 22:59

Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinə start verilib.
Korner.az-ın məlumatına görə, turnirdəki yeganə təmsilçimiz “Qarabağ” da növbəti matçına çıxıb.Ağdam klubu Kiprdə APOEL-ə 2:1 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, Ağdam klubu Kipr təmsilçisini mübarizədən kənarlaşdırsa, pley-off mərhələsində PAOK (Yunanıstan) – “Ayaks” (Hollandiya) cütünün qalibi ilə qarşılaşacaq.
6 avqust
Çempionlar Liqası
3-cü təsnifat mərhələsi
21:00. APEOL (Kipr) – “Qarabağ” (Azərbaycan) – 1:2
Qol: Mahir Emreli, 54, Maqaye Qeye,69 , Merkis, 90+5
Hakimlər: David Massa, Fabiano Preti, Alberto Teqoni, Rosario Abisso (hamısı İtaliya).
Nikosiya. GSP stadionu.
