“Qarabağ” Andrade ilə 3 illik müqavilə imzaladı
28.08.2020 , 17:59
“Qarabağ” yeni transferi Patrik Andrade ilə müqavilənin müddətini açıqlayıb.
Korner.az xəbər verir ki, Ağdam təmsilçisi son olaraq Bolqarıstanın “Çeno More” klubunda forma geyinən kabo-verdili yarımmüdafiəçi ilə 3 (2+1) illik sözləşmə imzlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
27 yaşlı futbolçu Portuqaliyada “Ribeyrao”, “Yoan”, “Moreyrense”, “Famalikao” və “Saliueyros” klublarında oynayıb.
“Qarabağ” yay fasiləsində Donald Gerye, Emil Balayev, Kevin Medina, Uroş Matiçi heyətinə cəlb edib.