Dünən günorta saatlarında Almaniyaya yollanan “Qarabağ” saat 20:00 radələrində Frankurt şəhərinə çatıb.
Korner.az-ın məlumatına görə, Ağdam təmsilçisi 1 saatlıq fasilədən sonra “Aynrtraxt”ın “Nordzbank Arena” stadionunda məşqə çıxıb.
Bütün futbolçuların iştirak etdiyi məşq ənənəvi xarakterdə keçib, futbolçular çox yüklənməyib.
Qeyd edək ki, “Ayntraxt” – “Qarabağ” qarşılaşılaşması bu gün saat 23:30-da start götürəcək.
