“Qarabağ” Almaniya və Rumıniya klublarına qarşı
29.06.2022 , 10:37

Yeni mövsümə hazırlıqlarını davam etdirən “Qarabağ” bu gün iki yoxlama oyunu keçirəcək.
Korner.az xəbər verir ki, “atlılar” əvvəlcə Almaniyanın “Holştayn Kiel” klubu ilə qarşılaşacaq. Matç sat 14:00-da başlayacaq.
Qurban Qurbanovun rəhbərlik ediyi kollektiv günün ikinci yarısında daha bir sınaq matçına çıxacaq. Rəqib Rumıniya “Universitatya Krayova”sı olacaq. Görüşə saat 20:30-da start veriləcək.
Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” ilk yoxlama oyununda Rumıniyanın “Botoşani” klubunu darmadağın edib – 4:0.
Yoldaşlıq oyunları
29 iyun
“Qarabağ” – “Holştayn Kiel” (Almaniya)
12:00 (Bakı vaxtı ilə 14:00)
St. Ulrix stadionu
“Qarabağ” – “Universitatya Krayova” (Rumıniya)
18:30 (Bakı vaxtı ilə 20:30)
Yenbax stadionu
