Avstriyada təlim-məşq proseslərini davam etdirən "Qarabağ" klubu bu gün növbəti yoxlama matçına çıxacaq.
Korner.az-ın məlumatına görə, Ağdam təmsilçisi bu dəfə Almaniyanın regional liqa təmsilçilərindən olan "Vakker Burqhausen"lə üzləşəcək.
Oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Yoxlama oyunu
20:00. "Qarabağ" (Azərbaycan) – "Vakker Burqhausen" (Almaniya)