“Qarabağ” “Adidas”la bağlı açıqlama yaydı
05.11.2020 , 16:41

“Qarabağ” mətbuatda komandanı geyim dəsti ilə təmin edən “Adidas” şirkəti ilə münasibətlərin pozulmasına dair məlumatlara aydınlıq gətirib.
Korner.az xəbər verir ki, bu barədə Ağdam klubu rəsmi saytı vasitəsilə açıqlama yayıb:
“Mətbuatda “Qarabağ” və “Adidas” arasında münasibətlərin pozulmasına dair məlumatlar yayılıb. Klub olaraq bəyan edirik ki, bu xəbərlər həqiqəti əks etdirmir”.
