“Qarabağ” – “Aberdin”: biletlər satışda
17.08.2021 , 18:57

UEFA Avropa Konfrans Liqasının pley-off mərhələsində keçiriləcək “Qarabağ” – “Aberdin” (Şotlandiya) oyununun biletləri bu gündən satışa çıxarılıb.
Korner.az xəbər verir ki, biletlərin qiyməti müvafiq olaraq 3, 5, 10, 20 və 30 manat təşkil edir. Artıq satışın ilk günündə 3 min bilet azarkeşlər tərəfindən alınıb.
Xatırladaq ki, COVID-19 pandemiyası ilə əlaqədar stadion tutumunun 50 faizi qədər azarkeş tribunalara buraxılacaq.
Qeyd edək ki, avqustun 19-u Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Aberdin” oyunu saat 20:00-da başlayacaq.
