“Qarabağ” Konfrans Liqasının qrup mərhələsində
27.08.2021 , 00:34

Bu gün UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunları keçirilib.
Korner.az xəbər verir ki, Azərbaycanı KL-də təmsil edən “Qarabağ” Şotlandiyada “Aberdin”lə qarşılaşıb. Görüşdə Ağdam təmsilçisi 3:1 hesabı ilə qalib gələrək, qrup mərhələsinə vəsiqə qazanıb.
UEFA Konfrans Liqası
Pley-off mərhələsi
26 avqust
22.45 “Aberdin” (Şotlandiya) – “Qarabağ” (Azərbaycan) – 1:3
Qollar: Ferquson, 90+1 (pen.) – Toral Bayramov, 8, Kadi, 18, Zubir, 72
Hakimlər: Harald Lexner, Andreas Haydenrayx, Maksimilian Kolbiç, Yulian Vaynberger (Avstriya).
Aberdin, “Pittodri” stadionu.
İlk oyun – 0:1.
