“Qarabağ” 300-ü keçdi
02.02.2023 , 12:32

Azərbaycan Premyer Liqasının XX turunda iki futbolçu “Qarabağ”da debüt edib.
Korner.az Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir ki. bununla da Ağdam klubunun heyətində Azərbaycan çempionatında oynamış futbolçuların sayı 300-ü keçib.
“Şamaxı” ilə ev görüşünədək (3:1) 299 oyunçu “Qarabağ”ın heyətində meydana çıxmışdı. “Azersun Arena”dakı qarşılaşmada debüt edən Adama Diakabi və Redon Cica bu rəqəmi 301-ə çatdırıb. Hər iki legioner eyni vaxtda əvəzetmədən oyuna daxil olub.
“Qarabağ” ölkə çempionatında formasını geyinənlərin sayında 300-ü keçən 4-cü komandadır. Bunadək yalnız “Neftçi”, “Kəpəz” və “Şamaxı”da bu rəqəm daha yüksəkdir.
