Cari mövsümü gümüş medalçı kimi bitirən “Qarabağ” 3 futbolçusu ilə yollarını ayırıb.
Korner.az-ın klubdan əldə etdiyi məlumata görə, Ağdam təmsilçisi Kristian Torres, Emin İmaməliyev və Zaur Həşimovu komandadan knarlaşdırıb.
Ölkəmizi Avropa Liqasında təmsil edəcək “Qarabağ”ın daha iddialı bir heyət qurmaq üçün sözügedən futbolçulara qapı göstərdiyi bildirilir.
Xatırladaq ki, “Qarabağ” bundan öncə Elnur Abdulovla yollarını ayırmışdı. Maksim Medvedev, Vüqar Nadirov, Fərhad Vəliyev, Namiq Yusifov, Admir Teli, Ansi Aqolli və İlqar Qurbanovla müqavilə müddətini uzadılmışdı.