Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyunları bir neçə yubileylə əlamətdar olub.
Korner.az-ın məlumatına görə, Zaqatalada “Simurq”la qarşılaşan “Qarabağ” kubok tarixində 25-ci heç-heçəsinə imza atıb.
Qolsuz bərabərliyədək keçirdiyi 121 matçda 24 dəfə heç-heçə edən Ağdam təmsilçisi “sülhsevərlik”də yalnız “Neftçi”dən geri qalır. Bakılıların hesabında 30 heç-heçə var. Bu qarşılaşma “Simurq”un ev oyunu olub.
“Neftçi”nin hücumçusu Nikolas Kanalesin qolu “ağ-qaralar”ın səfərdə 90-cı qolu olub. Paytaxt təmsilçisi bu göstəricidə rekordçudu. Bu həm də “İnter”in kubokda evdə buraxdığı 30-cu top olub. Sonuncular 38 qarşılaşmada 74 dəfə fərqlənib.
(pfl.az)
