“Qarabağ” 20 Yanvar şəhidlərini andı
20.01.2020 , 18:47

Antalyada təlim-məşq toplanışında olan “Qarabağ”ın bugünkü məşqə 20 Yanvar faciəsinin qurbanlarının xatirəsini 1 dəqiqəlik sükutla yad edərək başlayıb.
Korner.az xəbər verir ki, daha sonra baş məşqçi Qurban Qurbanov futbolçulara faciə haqqında ətraflı məlumat verib.
O, ölkəmizin əvvəllər Sovet İttifaqının tərkibində olmasını, daha sonra 30 il öncə bu gün yüzlərlə dinc sakin yalın əllə tankların qarşısına çıxaraq öz canlarını gələcək müstəqil Azərbaycan fəda etməsini bildirib. Və oyunçulara hansı klubda oynadıqlarını, Qarabağın Azərbaycan üçün nə demək olduğunu xatırladıb.
