“Qarabağ-2” və MOİK-dən qələbə
26.04.2022 , 18:45

Birinci divizionda 23-cü tura start verilib.
Korner.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.Zaqatala” doğma meydanda “Qarabağ”ın əvəzedicilərinə məğlub olub. MOİK isə “Sumqayıt”a qalib gəlib.
Tura sabah keçiriləcək oyunlarla yekun vurulacaq.
Birinci divizionda mövsümün qalibi artıq müəyyənləşib. “Qaradağ Lökbatan” 22-ci turda çempionluğunu rəsmiləşdirib.
26 aprel
I Divizion, XXIII tur
“Zaqatala” – “Qarabağ-2” -1:2
Qollar: Roini İsmayılov, 18 – Mehdi Tahirov, 15. Seyxan Fərəcov, 35.
Hakimlər: Rəşad Əhmədov, Səbuhi Soltanov, Ruslan Quliyev, Kamranbəy Rəhimov
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu,
MOİK – “Sumqayıt-2” – 2:0
Qollar: Əli Əliyev, 20. İlham Allahverdiyev, 42.
Hakimlər: Rövşən Rəcəbov, Nahid Əliyev, Vüqar Bayramov, Tural Qurbanov
Binə qəsəbə stadionu
