Premyer Liqanın XXXI turunda “Bakı” ilə qarşılaşan “Qarabağ” rəqibini 3-1 hesabı ilə məğlub elədi.
Korner.az-ın məlumatına görə, lakin bu qələbə çempionluq uğrunda yarışda Ağdam təmsilçisinə kifayət etmədi. “Qəbələ” ilə səfər oyununda heç-heçə edən “Neftçi” “Qarabağ” üçün əlçatmaz oldu.
Oyunun qələbəylə başa çatması “Qarabağ”ın cari mövsümü ikinciliklə bitirməsini rəsmiləşdirdi. Komanda ən yaxın rəqibi “İnter”i 4 xal qabaqlayaraq buna nail olmağı bacardı.
Bununla da “Qarabağ”ın tarixində 2-ci dəfə gümüş medalları qazandı. Sonuncu dəfə 1994-cü ildə 2-ci olan Ağdam təmsilçisi 19 il sonra tarixinə daha bir eyni əyarlı medal əlavə etdi.
Tarixində 2 qızıl (1993,1997), 4 dəfə bürünc (2002,2004, 20010,2011) olan “Qarabağ” medalların sayını 8-ə çatdırdı.