Azərbaycan kubokunun 1/8 finalında “Kəpəz”lə qarşılaşacaq “Qarabağ” bu gün Gəncə şəhərinə yollanıb.
Korner.az-ın məlumatına görə, səhər Suraxanı qəsəbə stadionunda məşq edən Qurban Qurbanovun yetirmələri nahar etdikdən sonra səfərə çıxıb. “Qarabağ” səfərə 19 futbolçuyla yollanıb.
Qeyd edək ki, ölkə kubokun 1/8 final mərhələsi 1 oyundan ibarətdir. Noyabrın 28-də keçiriləcək “Kəpəz” – “Qarabağ” oyunu saat 13:00-da başlayacaq.
