“Bizim qol vəziyyətlərimiz daha çox oldu. Bir neçə epizodda qol vura bilmədik. “Neftçi”nin müdafiəsi də əla oynadı”.
Bu sözləri Korner.az-a açıqlamasında “Qarabağ”ın futbolçusu Qara Qarayev deyib.
Ağdam klubunun üzvü daha sonra sözlərinə belə davam edib:
“Bilirsiniz, bu liqa oyunu deyil, finalda hər iki komanda ehtiyatlı oynamağa çalışır. Ancaq sonda qələbə qolunu vura bildik. Düşünürəm ki, biz əsl “bir nömrə” kimi oynadıq”.
