“Bizim üçün oyun ağır keçdi. Havanın soyuq olması, səfər meydançası… Bu sevinci xalqımıza yaşatdığımıza, bu tarixi ana şahidlik etdirdiyimizə görə çox sevinirik”.
Korner.az-ın məlumatına görə, bu sözləri “Qarabağ” klubunun yarımmüdafiəçisi Qara Qarayev komandasının Avropa Liqasının qrup mərhələsi çərçivəsində bu gecə “Dnepr” (Ukrayna) üzərində qələbəsini şərh edərkən deyib.
Qarayev bildirib ki, qazanılan qələbə komandada arxayınlıq yaratmamalıdır: “Biz yenə hazırlığımızı davam etdirib Bakıdakı oyun haqda çox ciddi düşünməliyik. Kiyevdəki oyunda səhvlərimiz oldu, çalışıb növbəti qarşılaşmalarda o səhvləri təkrarlamamalıyıq”.
